Elbəyi Məmmədovdan, Bərdə, Azərbaycan
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
01 oktyabr 2022, 12:20
Hörmətli cənab Prezident.
Mən Qarabağ müharibəsi veteranıyam, əslən Kəlbəcər rayonundanam. Bu yaxınlarda Kəlbəcərdə oldum, orada atamın məzarını növbəti dəfə ziyarət etdim və bir daha qürurlandım ki, bu günləri görmək bizə nəsib oldu.
Cənab Prezident, ata-baba torpaqlarımızın bizə qaytarılması, milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı göstərdiyiniz müdrik siyasət və qəhrəmanlıqlar üçün Sizə və Ordumuza dərin təşəkkürümü bildirirəm.
Sizə möhkəm cansağlığı, işlərinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Elbəyi Məmmədov
Qarabağ müharibəsi veteranı
Azərbaycan Respublikası, Bərdə şəhəri