30 sentyabr 2022, 11:06

Bəsirə Həsənzadədən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz sayəsində ölkəmiz sürətlə inkişaf edir. Siyasi arenada göstərdiyiniz güc nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. İllərdir həsrətində olduğumuz Qarabağımıza qovuşduq.

Bir vətənpərvər gənc olaraq, çox şadam ki, bizim ölkənin rəhbəri Sizin kimi qüdrətli, xalqını hər şeydən üstün tutan bir Liderdir. Gənclik hər zaman Sizinlədir. Bu gün də gənclərimiz Sizin - Müzəffər Ali Baş Komandanın ətrafında daha da sıx birləşərək Vətənin müdafiəsinə hazırdır.

Uca Tanrı Sizi qorusun!

Hörmətlə,

Həsənzadə Bəsirə Nofəl qızı

Azərbaycan Respublikası, Tərtər rayonu.