logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vasif Orucovdan, Sumqayıt, Azərbaycan

Text size icon-size icon-size

29 sentyabr 2022, 17:35

Müzəffər Ali Baş Komandan.

Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası, əzəli torpağımız Qarabağın azadlığı uğrunda qazanılan Zəfər xalqımızın uzun illər səbirsizliklə gözlədiyi hadisə idi. Biz hər zaman Sizin rəhbərliyinizlə Qələbə sevincini yaşayacağımıza inanırdıq. Uzun illər həyata keçirilən məqsədyönlü tədbirlər, siyasi və diplomatik sahələrdə qazanılan uğurlar, Ordumuzun maddi-texniki bazasının ildən-ilə gücləndirilməsi sonda bizə Zəfər sevinci bəxş etdi.

Cənab Prezident, biz Sizinlə fəxr edirik. Müasir müstəqil Azərbaycanın gündən-günə çiçəklənməsi, tərəqqi etməsi Sizin sayənizdədir. Azərbaycan xalqı Sizi çox sevir və hər zaman əmrinizə hazırdır.

Hörmətlə,

Orucov Vasif Asif oğlu,

Zəngilan rayonu, Məmmədbəyli kənd sakini

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi