Bəhlul Əsədovdan, Bakı, Azərbaycan
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
29 sentyabr 2022, 14:17
Müzəffər Ali Baş Komandan.
Artıq biz, qalib ölkənin qalib vətəndaşlarıyıq. Bu, Sizin uzaqgörən, müdrik və praqmatik siyasətinizin bəhrəsidir. Ulu öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müstəqil siyasi xəttin bu gün uğurla davam etdirilməsinin şahidiyik. Vətən müharibəsindəki Qələbəmiz bir daha onu sübut etdi ki, Azərbaycan xalqı əzmkar, qətiyyətli xalqdır və onun millətinə, dövlətinə layiq nümunəvi Lideri vardır.
İstər gənclər siyasətində, istərsə də digər sferalarda inkişaf danılmazdır. Bu uğurlara görə Sizə minnətdarıq.
Hörmətlə,
Əsədov Bəhlul Həsən oğlu, tələbə.
Azərbaycan Respublikası, Bakı şəhəri.