Yusif Quliyevdən, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
29 sentyabr 2022, 13:15
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfəri Sizə və müzəffər Ordumuza borcluyuq. Bütün dünyaya səs salan bu Zəfər nəticəsində doğma Qarabağımız işğaldan azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Qələbənin yaratdığı qürur hissini bizə yaşatdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Möhtərəm Prezident, ölkəmizin inkişafı, xalqımızın firavanlığı üçün atdığınız addımlar vətəndaşlarımız tərəfindən hər zaman böyük rəğbətlə qarşılanır. Biz çox xoşbəxt xalqıq ki, Sizin kimi qayğıkeş liderimiz var. Biz gənclər Sizi dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik.
Ulu Tanrı Sizə yar olsun!
Hörmətlə,
Quliyev Yusif İsa oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.