Vaqif Şadlinskidən, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
28 sentyabr 2022, 14:37
Möhtərəm cənab Prezident.
44 günlük Vətən müharibəsində həyatlarını itirmiş hər bir Azərbaycan vətəndaşının, mənfur düşmən irticası ilə axıra qədər mübarizə etmiş və qələbəmizə görə canından keçmiş şəhidlərin xatirəsi hər birimiz üçün əziz və əbədidir. Sizin Azərbaycan tarixində ən böyük qələbəni, sevinci xalqımıza, bütün dünya azərbaycanlılarına bəxş etdiyiniz gündən sonra imzaladığınız sərəncamla hər il sentyabr ayının 27-si Anım Günü olaraq qeyd olunur. Müqəddəs Zəfərimiz uğrunda verdiyimiz qurbanlara, əsgər və zabitlərə şanlı Sərkərdəmizin məhəbbəti, sevgisi hamımız üçün örnəkdir. Bütün dünya Azərbaycanın hərb savaşında məğlubedilməz Sərkərdə tərəfindən hər zaman döyüşə atıla bildiyini, bu Sərkərdənin adı ilə düşmənlə son damla qanına qədər vuruşmaq bacarığının şahididir və bunu gözəl dərk edir.
Əziz Prezidentimiz, qələbəmizdən tarixən az müddət keçməsinə baxmayaraq Sizin rəhbərliyiniz altında ölkəmiz yeni qələbəni düşməndən azad olmuş ərazilərdə həyata keçirilən misilsiz tikinti möcüzələrində görür. Hamı şahiddir və bunu “dəmir yumruğ”u öz üzərində hiss etmiş düşmən də başa düşür: Azərbaycan yenilməzdir, onun Prezidenti öz dühası, enerjisi, zəngin təcrübəsi ilə Vətənini qələbədən qələbəyə aparır.
Möhtərəm Prezidentimiz, bütün Azərbaycan bu gün abadlıq meydanıdır. İnsanların yüksələn rifahı, sabaha inamı olduqca yüksəkdir. Sizin qədim Azərbaycan torpağının ayrılmaz hissəsi olan Laçın şəhərinə son səfəriniz, orada söylədiyiniz nitq qələbələrimizi daha da fərəhlə döyündürür. “Bu gün Murov dağından buraya gələrkən, bu gözəl dağlara baxarkən bir daha görürəm ki, bizim Vətənimiz nə qədər gözəldir”, - bu sözləri Sizdən eşidərkən hər bir Azərbaycan vətəndaşı dərk edir ki, həmin gözəlliyi bizim yenidən seyr etməyimizə, ondan bir azərbaycanlı kimi həzz almağımıza imkan yaratmış, qələbəni bəxş etmiş Sərkərdəmizə, hərb meydanında da, diplomatik məkanda da tam zəfər qazanmış Prezidentimizə və onun şanlı Ordusuna borcluyuq. Həlak olmuş əsgər və zabitlərimizin xatirəsi hamımız üçün əbədi olaraq müqəddəs qalacaqdır. Nəinki işğaldan azad olunmuş ərazilərimiz, eyni zamanda bütün Azərbaycanımız abadlaşır, gözəlləşir. Hərb meydanında da, quruculuq işlərində də biz, Müzəffər Ali Baş Komandanımızın sadiq əsgərləri olaraq, onun iradəsindən irəli gələnə işləri yerinə yetirməyə hazırıq. Azərbaycan xalqı Sizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın simasında öz əbədi səadətini tapmışdır.
Ulu Tanrı Sizi qorusun, xalqımızın, bütün dünya azərbaycanlılarının duaları Sizinlədir.
Hörmətlə,
Vaqif Şadlinski
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor
Azərbaycan Respublikası, Bakı şəhəri.