Balaqardaş Kazımov və başqalarından, Biləsuvar, Azərbaycan
06 sentyabr 2012, 11:45
Azərbaycanın igid oğlu Ramil Səfərovun ölkəmizə ekstradisiya olunmasını və Sizin Sərəncamınızla əfv olunması xəbərini sonsuz sevinc və qürur hissi ilə qarşıladıq. Xalqımız Ramil kimi yenilməz, mübariz oğulları ilə fəxr edir.
Qəlbən inanırıq ki, son dərəcə müdrik və uzaqgörən siyasətiniz çox yaxın zamanda qalib gələcək və Azərbaycanın işğal altında olan torpaqları azad ediləcək, respublikamızın ərazi bütövlüyü tam təmin olunacaqdır.
Mübariz İbrahimov, Ramil Səfərov kimi oğulları olan Vətən torpağı heç vaxt basılmaz.
Əziz Prezident!
Sizə uzun ömür, xalqımızın rifahı naminə gördüyünüz işlərdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Biləsuvar rayon ziyalıları adından, Balaqardaş İman oğlu Kazımov.
Azərbaycan Respublikası, Biləsuvar rayonu.