logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Meysaba Aslanova və Günel Məmmədovadan, Masallı, Azərbaycan

Text size icon-size icon-size

27 sentyabr 2022, 15:37

Hörmətli cənab Prezident.

Vətən müharibəsində qazandığımız şanlı Qələbəyə, inkişaf edən ölkəmizdəki əmin-amanlığa görə Sizə minnətdarıq.

Ölkəmizdə gedən abadlıq, quruculuq, yenidənqurma işləri rayonumuzda da uğurla həyata keçirilir. Parklarımız və yollarımız yenidən qurulur, sakinlər daimi qaz və işıqla təmin edilirlər. Şəhid ailələri və qazilər xüsusi qayğı ilə əhatə təmin olunurlar.

Cənab Prezident, bu diqqət və qayğıya görə Sizə təşəkkür edir, yeni uğurlar arzulayırıq. Siz Ulu Öndərimizin siyasətini layiqincə davam etdirən Liderimizsiniz.

Hörmətlə,

Aslanova Meysaba

Məmmədova Günel

Azərbaycan Respublikası, Masallı rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi