logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Laçın rayonunun bir qrup sakinindən, Ağcabədi, Azərbaycan

Text size icon-size icon-size

27 sentyabr 2022, 12:30

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikinti işlərinin həyata keçirilməsi məqsədilə sentyabrın 20-də Sərəncam imzalamağınız, bir gün sonra Laçın şəhərinə səfər etməyiniz və Bayrağımızı ucaltmağınız, eləcə də bir sıra tədbirlərdə iştirak etməyiniz bütün Azərbaycan xalqı kimi biz laçınlıların da sonsuz sevincinə səbəb oldu.

Cənab Prezident, bu sevinci bizə yaşatdığınıza görə Laçın rayonunun ağsaqqalları adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ölkəmizin uğurlu gələcəyi və inkişafı naminə yorulmaz fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayırıq.

Uca yaradan Sizi, xalqı və ordumuzu qorusun.

Hörmətlə,

Laçın rayonunun bir qrup sakini adından:

Zeynalov Əmirxan İsmixan oğlu

İsmayılov Ağalar Soltan oğlu

İsgəndərov Paşa Əvəz oğlu

Həsənov Osman Bəhrəm oğlu

Abduləzimov Adil Səlim oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi