logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Natiq Mustafayevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

27 sentyabr 2022, 11:40

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə bu yaxınlarda şanlı Azərbaycan Ordusunun erməni təxribatlarına verdiyi tutarlı cavablar, gərgin döyüşlərdə hərbçilərimizin göstərdiyi şücaət bir vətəndaş kimi bizi çox sevindirir.

Cənab Prezident, işğaldan azad olunmuş Laçın şəhərində üçrəngli Azərbaycan Bayrağını ucaltmağınız bizə sonsuz qürur hissi bəxş etdi. İllərlə həsrətində olduğumuz doğma yurdumuz Sizin apardığınız müdrik siyasətin və ordumuzun şücaəti sayəsində bu gün tam azaddır. Biz gənclər inanırıq ki, Sizin birbaşa nəzarətinizlə Laçın şəhəri tezliklə yenidən qurulacaq və öz keçmiş əzəmətini bərpa edəcəkdir. Hər zaman olduğu kimi, bu gün də Sizin yanınızdayıq, apardığınız məqsədyönlü siyasəti dəstəkləyirik.

Allah Sizi qorusun.

Eşq olsun şanlı Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Mustafayev Natiq Məhyəddin oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi