Vahid Qafarovdan, İstanbul, Türkiyə
06 sentyabr 2012, 11:40
Zati-aliləri, möhtərəm Prezident!
Mən bu məktubu Sizə qürbətdə yaşayan azərbaycanlılar adından yazıram. Bu günlərdə qürbətdə yaşayan Azərbaycan vətəndaşlarının sevincinin həddi-hüdudu yoxdur. Həmvətənlərimiz Sizə minnətdarlıq etmək üçün mənim başıma toplaşmışlar. Ramil Səfərovun Vətənə gətirilib əfv olunmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz hamımız inanırıq ki, erməni işğalı altında olan torpaqlarımızı da bax, beləcə sizin rəhbərliyinizlə azad edəcəyik. Xaricdə yaşayan azərbaycanlılar hər zaman Sizi dəstəkləyib və dəstəkləyəcəkdir. Allah Sizdən razı olsun! Sizin xalqımızın rifahı üçün gördüyünüz işlərin əvəzi yoxdur. Eləcə də mənim doğma şəhərim Gəncənin inkişafına göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndiririk.
Xalqımız Sizin siyasətinizi bəyənir və dəstəkləyir. Əminik ki, bu siyasət Azərbaycanımızı daha böyük uğurlara çatdıracaqdır. Allah Sizi qorusun!
Hörmətlə,
Vahid Rövşən oğlu Qafarov
Türkiyə Respublikası, İstanbul şəhəri.