Vəfa İsmayılovadan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
26 sentyabr 2022, 19:34
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Düşünülmüş siyasətiniz və qətiyyətli addımlarınız sayəsində Vətən müharibəsində qazandığımız Zəfərlə yenilməz xalq olduğumuzu bütün dünyaya nümayiş etdirdiniz. Tarixi Qələbə ilə bizə bəxş etdiyiniz sevinc hisslərini bu günlərdə Laçın rayonuna səfər etməyiniz, quruculuq işləri ilə bağlı tapşırıqlar verməyinizlə bir daha yaşadıq. Siz hər bir laçınlının ürəyində olan doğma yurda qayıtmaq, yaşayıb-yaratmaq arzusunu reallaşdırırsınız.
Cənab Prezident, bütün dünyaya səs salan böyük Qələbənin yaratdığı əvəzolunmaz qürur hissini bizə yaşatdığınız üçün Sizə dərin təşəkkürümüzü bildiririk.
Allah Sizi və xalqımızı qorusun.
Hörmətlə,
Laçın rayonunun təhsil işçiləri adından:
Vəfa İsmayılova
Azərbaycan Respublikası, Bakı şəhəri.