Vidadi Xəlilov və Asif Seyidovdan, İsmayıllı, Azərbaycan
26 sentyabr 2022, 18:45
Hörmətli cənab Prezident.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də aparılan islahatlar bu gün öz müsbət nəticələrini göstərməkdədir. Sizin Sərəncamınız əsasında İsmayıllı rayonunun Sumağallı kəndində yeni inşa edilmiş 264 yerlik tam orta məktəbin istifadəyə verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb oldu. Artıq şagirdlərimiz müasir standartlara cavab verən məktəbdə təhsil alırlar. Bu böyük qayğıya görə Sizə məktəbin kollektivi və valideynlər adından dərin minnətdarlığımızı bildiririk. Əmin ola bilərsiniz ki, gənc nəsil bundan sonra da vətənpərvərlik, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunacaq.
Cənab Prezident, Azərbaycanın inkişafı istiqamətində atdığınız hər bir addım biz vətəndaşlarda parlaq gələcəyə ümidlərimizi daha da artırır. Sizi dəstəkləyirik və daim dəstəkləyəcəyik. Sizə sonsuz minnətdarıq.
Allah Sizi qorusun.
Hörmətlə,
Xəlilov Vidadi Kərəm oğlu
Seyidov Asif Həmzə oğlu
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Sumağallı kəndi.