Səyyaf Məmiyevdən, Abşeron, Azərbaycan


24 sentyabr 2022, 16:46
Hörmətli cənab Prezident.
Siz səbirli və müdrik addımlarınız, uzaqgörən siyasətiniz sayəsində torpaqlarımızı 30 illik işğaldan azad etdiniz, bizi doğma el-obamıza, dədə-baba yurdumuza qovuşdurdunuz. Bu il sentyabrın 21-də şanlı Azərbaycan Bayrağını Laçın şəhərinin mərkəzində ucaltmaqla bizə bir daha hədsiz sevinc bəxş etdiniz. Bu sevinci, xoşbəxtliyi, unudulmaz anları bizə yaşatdığınıza görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Doğma Laçınımızın bərpası və gələcək inkişafı ilə bağlı imzaladığınız sərəncamlar, verdiyiniz tapşırıqlar sevincimizə sevinc qatmışdır. Biz laçınlılar Sizinlə qürur duyuruq.
Allah Sizi qorusun.
Laçın Azərbaycandır!
Yaşasın Azərbaycan!
Hörmətlə,
Məmiyev Səyyaf Məmi oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.