logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Almaz Abdüləliyevadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

24 sentyabr 2022, 15:49

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin işğaldan azad edilmiş Laçın şəhərinə səfəriniz, orada şanlı bayrağımızı qaldırmağınız, quruculuq işlərinin gedişi ilə maraqlanmağınız və lazımi tapşırıqlar verməyiniz bizi qürurlandırır. Həmişə olduğu kimi Siz xalqımızın yanındasınız.

Cənab Prezident, inanırıq ki, Laçın rayonu tezliklə öz doğma sakinlərinin daimi yaşayış yerinə çevirilməklə yanaşı, regionun ən gözəl turizm mərkəzlərindən biri olacaq.

Bir laçınlı olaraq Sizi dəstəkləyir, xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk.

Sizə uzun ömür, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Abdüləliyeva Almaz Bəxtiyar qızı

Laçın rayonu Ağanus kənd sakini

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi