Gülər Kərimovadan, Şabran, Azərbaycan
Text size
24 sentyabr 2022, 15:10
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə müzəffər Ordumuz bədnam qonşularımız üzərində Zəfər çalaraq Azərbaycan adını dünyaya qalib ölkə kimi təqdim etdi. Bu gün üçrəngli Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarda qürurla dalğalanır.
Cənab Prezident, Sizin işğaldan azad olunmuş ərazilərə hər səfəriniz bir tarixdir. Səbriniz, əzmkarlığınız, apardığınız siyasət bizə bu gün Qarabağ sevinci yaşadır. Sizə bir Azərbaycan vətəndaşı kimi sonsuz təşəkkürümü bildirirəm.
Allah Sizi və xalqımızı qorusun.
Hörmətlə,
Kərimova Gülər Pənah qızı
Tələbə
Azərbaycan Respublikası, Şabran şəhəri.