logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Həmid Nəsirovdan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

24 sentyabr 2022, 16:00

Hörmətli cənab Prezident.

44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə xalqımız Vətənə olan bağlılığını qətiyyətli şəkildə bütün dünyaya nümayiş etdirdi.

Qazandığımız Zəfərdən sonra düşmənin törətdiyi təxribatlar bizi heç də təəccübləndirmir. Təxribat, xəyanət, qeyri-insani addımlar onların xislətində var. Təxribatlara qarşı Ordumuzun və xalqımızın sərgilədiyi birlik ölkəmizə qarşı mübarizə aparanlara da əsaslı cavab verir.

Gəncə gəncləri adından bildirirəm ki, Sizin qəbul etdiyiniz bütün qərarları hər zaman dəstəkləyirik və Sizinləyik.

Hörmətlə,

Həmid Nəsirov

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi