Maqsud Ağayevdən, Şirvan, Azərbaycan
Text size
22 sentyabr 2022, 19:00
Hörmətli cənab Prezident.
Uzun illərdən sonra, işğal altında qalmış torpaqlarımız Sizin yürütdüyünüz uğurlu siyasət və qalib Ordumuzun şücaəti ilə öz azadlığına qovuşdu. 44 günlük Vətən müharibəsində iştirak etmiş bir qazi kimi Sizin siyasətinizi dəstəkləyir, qazi və şəhid ailələrinə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm.
Xalq olaraq "Dəmir yumruğ"un ətrafında birləşmişik.
Allahdan Sizə və əsgərlərimizə cansağlığı, çətin və məsuliyyətli işlərinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
Ağayev Maqsud Adil oğlu
Azərbaycan Respublikası, Şirvan şəhəri.