Anar Rüstəmovdan, Tərtər, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
22 sentyabr 2022, 16:20
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Siz Zəfərimizin müəllifi kimi müharibədən sonra da Azərbaycanın təhlükəsizliyi uğrunda var gücünüzlə çalışır, bütün sahələrdə mübarizə aparır, müsbət nəticələr əldə edirsiniz.
Dəfələrlə bəyan etmisiniz ki, Ermənistanda hər hansı bir qüvvə revanşist meyllərə əl atsa, bizim yumruğumuzu görəcək. Dediyiniz kimi də oldu. Ermənistan tərəfi verdiyi sözə hər zamankı kimi əməl etməyərək sərhəd zonasında təxribata əl atdı. Yenilməz “Dəmir yumruq” yenə də öz sözünü dedi. Sizin rəhbərliyinizlə Ordumuz düşmənin təxribatına layiqli cavab verərək, şəhidlərimizin qisasını aldı və Ermənistan tərəfini ciddi cəzalandırdı.
Sizin dediyiniz kimi, Ermənistanın yeganə yolu bəyan edilmiş şərtlər daxilində sülh müqaviləsi bağlamaqdır, əks halda Ermənistanda baş qaldıran bəzi revanşist qüvvələr “dəmir yumruğu” yenidən dadmalı olacaq.
Cənab Ali Baş Komandan, Sizin apardığınız məqsədyönlü siyasəti dəstəkləyirik və Sizə inanırıq.
Bir Azərbaycan gənci olaraq hər zaman dövlətimin yanındayam.
Hörmətlə,
Rüstəmov Anar Maksim oğlu
Azərbaycan Respublikası, Tərtər rayonu.