Ələkbər Bayraməliyevdən, Babək, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
22 sentyabr 2022, 12:10
Cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Mən, Qarabağ müharibəsi veteranıyam. Mənfur qonşularımızın Azərbaycana qarşı ərazi iddiaları başlayanda onlara qarşı vuruşmuşam. Vaxtilə kifayət qədər hərbi təlim almışam. Mən indi də Vətənimi qorumağa hazıram.
Anamın doğulduğu Qarakilsə rayonunun Comartlı kəndində uşaqlıqda çox olmuşam. Həmin cənnəti-məkan torpaqlarımızdan uzaq düşmək uzun illərdir bizi sıxır, qəlbimizi göynədir. İnanıram ki, uşaqlıq xatirələrim olan həmin yerlərə nə vaxtsa yenidən ayaq basacağam.
Cənab Prezident, Sizə bu haqq mübarizəsində yeni-yeni uğurlar arzulayıram və hər zaman əmrinizə hazır olduğumu bildirirəm.
Hörmətlə,
Bayraməliyev Ələkbər
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Zeynəddin kəndi.