İldırım və Güləş Allahyarovlardan, Masallı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
21 sentyabr 2022, 18:42
Çox hörmətli cənab Prezident.
Biz masallılılar Sizin daxili və xarici siyasətinizi bəyənirik və hər zaman dəstəkləyirik. Xüsusilə, ordu quruculuğu sahəsində görülən böyük işləri alqışlayırıq. Düşmənin son günlərdə həyata keçirdiyi təxribatların qarşısının müvəffəqiyyətlə alınması bir daha göstərdi ki, Azərbaycan Ordusu yüksək hazırlığa malikdir və düşmənin hər bir həmləsinə layiqli cavab verəcəkdir. Zabit və əsgər heyətinin taktiki baxımdan güclü və ayıq-sayıq olması təqdirəlayiqdir.
Cənab Prezident, doğma Azərbaycanımız üçün gördüyünüz misilsiz işlərə görə Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Hörmətlə,
İldırım və Güləş Allahyarovlar
Azərbaycan Respublikası, Masallı rayonu, Qəriblər kəndi.