Ruslan Əliyev və başqalarından, Saatlı, Azərbaycan
21 sentyabr 2022, 16:30
Çox hörmətli cənab Prezident.
Bizim yaşadığımız Saatlı rayonunun Məmmədabad və Əliabad kəndləri ərazisində suvarma suyu çatışmazlığı əvvəllər əkinçilərə çox ciddi problemlər yaradırdı. 2021-2022-ci təsərrüfat ilində ərazidə aparılmış işlər, həyata keçirilmiş geniş layihələr nəticəsində suvarma ilə bağlı heç bir çətinliyimiz olmamışdır.
Cənab Prezident, biz fermerlərə köməyinizə və dəstəyinizə görə Sizə təşəkkür edir və bildiririk ki, bunun qarşılığını yorulmadan çalışaraq ölkəmizin iqtisadi gücünə güc qatmaqla verməyə çalışacağıq.
Allah Sizi qorusun!
Hörmətlə,
Əliyev Ruslan,
Bayramov Şahin,
Əliyev Mirhəsən,
Əsədov Adil,
Quliyev Seyfəddin və başqaları (10 nəfər).
Azərbaycan Respublikası, Saatlı rayonu, Əliabad kəndi.