logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tehran Əmiraslanovdan, Quba, Azərbaycan

Text size icon-size icon-size

20 sentyabr 2022, 15:00

Hörmətli cənab Prezident.

Qanunsuz erməni birləşmələrinin son təxribatları xalqımızı dərindən hiddətləndirdi. Bunun nəticəsində hərbi qulluqçularımız şəhid oldular və yaralandılar.

Belə təxribatlar bizim Sizə və Ordumuza olan inamımızı sarsıda bilməz. Əksinə xalqımız Sizin ətrafınızda daha sıx birləşir.

Sizin müqəddəs hədəfiniz düşmən və onun havadarlarını çox narahat edir. Amma buna baxmayaraq xalq da, Ordu da Sizinlə bir yumruq kimi birləşib.

Dualarımız Sizinlə və müzəffər Ordumuzladır.

Allah köməyiniz olsun!

Hörmətlə,

Əmiraslanov Tehran Bəhram oğlu

Azərbaycan Respublikası, Quba rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi