Famil Səlimovdan, Cəlilabad, Azərbaycan


20 sentyabr 2022, 12:10
Hörmətli cənab Prezident.
Ehtiyatda olan hərbçilər adından müraciət edərək Sizin – tarix yazan Sərkərdənin sadiq əsgərləri kimi hər bir əmrinizə hazır olduğumuzu bildiririk.
Müzəffər Ali Baş Komandanın əmri ilə yenidən rəşadətli Ordumuzun sıralarına qatılaraq Vətən üçün canımızı fəda etmək bizim üçün şərəfdir.
Cənab Prezident, 44 günlük Vətən müharibəsində Sizin haqq yolunda qaldırdığınız “Dəmir yumruq” ətrafında birləşdik, Qələbəmizin qazanılmasında iştirak etdik və bununla daim fəxr edirik.
Sizin xarici və daxili siyasətinizi ürəkdən dəstəkləyir və bir daha mənfur düşmənə qarşı əlimizə silah alaraq Vətənimizin ərazi bütövlüyünün müdafiəsinə hazır olduğumuzu bildiririk.
Allah Sizi, Azərbaycanımızı, xalqımızı, qalib Ordumuzu qorusun!
Hörmətlə,
Səlimov Famil Duman oğlu
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Alar kəndi.