logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Akademik Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbin direktoru Valentina Antonenkodan, İrpen, Ukrayna

Text size icon-size icon-size

17 sentyabr 2022, 16:26

Hörmətli cənab Prezident.

İcazə verin, Sizə səmimi salamlarımı və dərin ehtiramımı ifadə edim. Xeyirxahlığınıza görə Sizə ürəkdən təşəkkür edirəm.

Məlum olduğu kimi, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbimizə Ukraynadakı hərbi əməliyyatlar zamanı ciddi ziyan dəymişdi. Sizin göstərişinizlə “SOCAR Energy Ukrayna” şirkəti məktəbimizi yeni tədris ilinədək yüksək səviyyədə təmir etdirib. Məhz Sizin sayənizdə şagirdlərimiz təhsillərini gözəl təmir olunmuş sinif otaqlarında davam etdirəcəklər. Böyük sevinc hissi keçirən şagirdlərimizin Sizə və ailənizə dualarını, xoş arzularını çatdırmaqdan məmnunam.

Möhtərəm cənab Prezident, məktəbimizin Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonundakı akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi ilə dostluq əlaqələri var. Fürsətdən istifadə edərək Zərifə xanım Əliyevanın xatirəsinə dərin ehtiramımı bildirirəm.

Cənab Prezident, biz Sizi müdrik dövlət xadimi, doğma xalqına dərindən bağlı bir şəxsiyyət kimi tanıyırıq. Sizə hər zaman böyük qələbələr, möhkəm cansağlığı, rifah arzulayırıq.

Hörmətlə,

Valentina Antonenko

Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva

adına 12 nömrəli tam orta məktəbin direktoru,

Ukraynanın Əməkdar müəllimi,

"Dostluq" ordeni laureatı

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi