logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elxan Qasımovdan, Bərdə, Azərbaycan

Text size icon-size icon-size

19 sentyabr 2022, 16:43

Cənab Ali Baş Komandan.

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatların qarşısının uğurla alınması Azərbaycan əsgərinin Vətənin keşiyində necə ayıq-sayıq dayandığını, yüksək hazırlıqlı olduğunu bir daha göstərdi. Döyüşlər zamanı hərbçilərimizin şəhid olması xalqımızı kədərləndirsə də, sarsılmırıq, öz igid oğullarımızla fəxr edirik.

Mən, 3-cü qrup Vətən müharibəsi əliliyəm. Vaxtilə döyüşlərdə fəal iştirak etmişəm, əraziləri də yaxşı tanıyıram. Yazıb Sizə bildirmək istəyirəm ki, əmriniz olarsa yenidən hərbi əməliyyatlara qatılmağa hər zaman hazıram.

Müzəffər Ali Baş Komandan, Sizə inamımız və güvənimiz sonsuzdur.

Hörmətlə,

Qasımov Elxan

Azərbaycan Respublikası, Bərdə rayonu, Əyricə kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi