logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rahilə Mirzəyevadan, Şəmkir, Azərbaycan

Text size icon-size icon-size

17 sentyabr 2022, 13:55

Hörmətli cənab Prezident.

Hər zaman xalqımızın yanında olduğunuza, hər bir vətəndaşa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və xalqımız adından Sizə təşəkkürümü bildirirəm. Çətin dövr olub-olmamağına baxmayaraq, əhalinin həssas təbəqəsinin qayğısına qalırsınız. Pensiyalarımızın tez-tez artırılması, vaxtında ödənilməsi bizi sevindirir, eyni zamanda, bu, xalqımızın qayğısına qaldığınızı bir daha təsdiq edir.

Bir vətəndaş olaraq, özümün və pensiyaçı həyat yoldaşımın adından Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Mirzəyeva Rahilə Qənimət qızı

Azərbaycan Respublikası, Şəmkir şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi