Yaren Korukdan, İstanbul, Türkiyə
16 sentyabr 2022, 16:57
Hörmətli cənab Prezident.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi olaraq Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatları hər zaman pisləyirik.
Bir neçə gün bundan əvvəl baş verən növbəti təxribatla əlaqədar Vəqfin Baş direktoru Dr. Akkan Suver açıqlama verərək bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribat qəbuledilməzdir, bu hadisəni şiddətlə pisləyirik. Dünən olduğu kimi, bu gün də, sabah da Türk millətinin güclü bir şəkildə qardaş Azərbaycanın yanında olduğunu bir daha beynəlxalq aləmə çatdırmağı öz vəzifəmiz hesab edirik. Azərbaycanın yalnız olmadığını bildirərkən, Ermənistanın tez bir zamanda masaya oturub razılaşdırılmış şərtləri yerinə yetirməsinin xeyirli olacağını da onlara xatırladırıq. Təxribatın qarşısını alarkən şəhid olmuş qəhrəman Azərbaycan əsgərlərinə rəhmət, yaralananlara təcili şəfa diləyirik.
Hörmətli cənab İlham Əliyev, Mərmərə Qrupu Vəqfi adından Sizə və qardaş Azərbaycan xalqına gözəl günlər arzulayırıq.
Hörmətlə,
Yaren Koruk,
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin əməkdaşı.
Türkiyə Respublikası, İstanbul şəhəri.