Ərdoğan Qaraquşdan, Ankara, Türkiyə
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
16 sentyabr 2022, 12:38
Hörmətli cənab Prezident.
Dost və qardaş ölkə olan Azərbaycanın Silahlı Qüvvələrinə və xalqına qarşı Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törədilən xain təxribatları şiddətlə qınayır və lənətləyirik.
Ulu öndər qazi Mustafa Kamal Atatürkün söylədiyi kimi, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.
Şəhid olan qəhrəman qardaşlarımıza rəhmət, yaralananlara təcili şəfa, Siz başda olmaqla Azərbaycan xalqına başsağlığı və səbir diləyirik. Şəhidlərimizin qanının yerdə qalmaması ən böyük təsəllimiz olmuşdur.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözü ilə bütövləşən tariximiz, taleyimiz var. Türkiyə Ehtiyatda Olan Zabitlər Cəmiyyətinin rəhbərliyi və üzvləri olaraq, Azərbaycanın Müzəffər Ordusunun hər addımında tapşırıq almağa, bu haqq mübarizənizdə döyüşə qatılmağa hazır olduğumuzu bəyan edir, ehtiramımızı çatdırırıq.
Hörmətlə,
Ərdoğan Qaraquş,
Türkiyə Ehtiyatda Olan Zabitlər Cəmiyyətinin (TESUD) baş direktoru.
Türkiyə Respublikası, Ankara şəhəri.