Tamilə Məşədiyevadan, Gədəbəy, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
17 sentyabr 2022, 11:05
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Mən bir şəhid anası olaraq, şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.
Vətənimizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən müharibədə qazanılmış Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu sevinci bizə yaşatdığınıza görə xalqımız Sizə minnətdardır.
Siz Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daim qayğı göstərirsiniz. Bu qayğıdan bəhrələnənlərdən biri də mənəm. Bu il Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən binadan mənzillə təmin olundum. Buna görə Sizə təşəkkürümü bildirirəm.
Allah Sizi qorusun, xalqımızın başının üzərindən əskik etməsin.
Hörmətlə,
Şəhid anası Məşədiyeva Tamilə Şəmil qızı,
Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi.