logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rafiq Alıyevdən, Tovuz, Azərbaycan

Text size icon-size icon-size

17 sentyabr 2022, 10:00

Hörmətli cənab Prezident.

Ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər vətəndaşlarımız tərəfindən böyük minnətdarlıqla qarşılanır.

Ünvanlı sosial yardımların təyin olunması, sosial müavinətlərin, təqaüdlərin verilməsi, əhalinin özünüməşğulluq proqramına cəlb edilməsi Sizin vətəndaşlara olan diqqətinizin, qayğınızın əyani təsdiqidir.

Vətəndaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial layihələr onların yaşayışına öz müsbət təsirini göstərir. Bütün bunlar xalqımızın dövlətə və Sizə inamını daha da gücləndirir.

Cənab Prezident, mən aztəminatlı ailənin üzvüyəm, bizə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Fürsətdən istifadə edərək Sizə dərin minnətdarlığımı bildirir, ölkəmizin inkişafı, xalqımızın xoşbəxtliyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Alıyev Rafiq Nürəddin oğlu

Azərbaycan Respublikası, Tovuz rayonu, Qovlar kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi