Mənsur Hüseynovdan, Bakı, Azərbaycan
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
16 sentyabr 2022, 17:25
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq azğınlaşmış düşmən sərhəddə dağıdıcılıq törədərək, beynəlxalq hüququn prinsiplərini pozaraq təxribata əl atdı. Lakin “Dəmir yumruğ”unuzla düşmənin başını əzərək ona növbəti dəfə layiqli dərs verdiniz.
Mən I və II Qarabağ müharibəsi iştirakçısı olaraq əmrinizlə hər zaman döyüşməyə hazıram. Erməni təxribatı nəticəsində şəhid olmuş qardaşlarımızın ailələrinə Allahdan səbir, yaralılara şəfa diləyirəm.
Tanrı Sizi, rəşadətli Ordumuzu qorusun!
Vətən sağ olsun!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Hüseynov Mənsur Adışirin oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.