Səmral Zeynallıdan, Bakı, Azərbaycan
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
16 sentyabr 2022, 17:58
Möhtərəm cənab Prezident.
Torpaqlarımız uğrunda şəhid olmuş bütün igid oğullarımıza Allahdan rəhmət diləyirəm.
Mən də bu torpağın bir övladı kimi, ölkəmizin suverenliyi uğrunda canım-qanım bahasına olsa belə Azərbaycan Ordusunun tərkibində döyüşməyə hər an hazıram. Sizin və qəhrəman əsgərlərimizin Vətən yolunda şücaəti xalqımızı və şəxsən məni ruhlandırır. Dar gündə Vətənin müdafiəsinə qalxmağı öz müqəddəs borcumuz hesab edirik.
Ulu Tanrı hər zaman dayağınız olsun, cənab Ali Baş Komandan!
Hörmətlə,
Zeynallı Səmral
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.