Lev Spivak və Yeganə Salmandan, Yerusəlim, İsrail
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
15 sentyabr 2022, 11:45
Çox hörmətli İlham Heydər oğlu.
İsraildə yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində Azərbaycan hərbçilərinin şəhid olmasından dərindən kədərlənirlər.
Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsindəki inamlı Qələbəsindən sonra münaqişəyə son qoyuldu, Azərbaycan 30 ilə yaxın işğal altında qalmış torpaqlarını geri qaytardı. Lakin bəzi mürtəce qüvvələr Qafqazda sülhün bərqərar olmasını istəmir və Ermənistanı regionda yeni iğtişaşlara sövq edirlər.
Əminik ki, Sizin müdrik siyasətiniz sayəsində Qafqazda sülh bərqərar olacaq.
İsraildə yaşayan çoxminli Azərbaycan icması adından şəhidlərin ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
Allah rəhmət eləsin.
Səmimi hörmətlə,
Lev Spivak
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti,
Yeganə Salman
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
İsrail Dövləti, Yerusəlim şəhəri.