logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əlimərdan İsmayılovdan, Salyan, Azərbaycan

Text size icon-size icon-size

15 sentyabr 2022, 19:00

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə Sizin düşünülmüş siyasətiniz və rəşadətli Ordumuzun şücaəti sayəsində mümkün oldu.

Son günlər Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatları və müzəffər Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələri diqqətlə izləyirik. Ölkəmizin ərazi bütövlüyü uğrunda hər zaman döyüşə hazırıq və verəcəyiniz qərarın arxasındayıq.

Cənab Prezident, biz Salyan sakinləri Sizi dəstəkləyirik.

Tanrı Sizi qorusun!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

İsmayılov Əlimərdan Fizuli oğlu

Azərbaycan Respublikası, Salyan rayonu, Noxudlu kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi