Tatyana Kərimovadan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
14 sentyabr 2022, 19:47
Hörmətli cənab Prezident.
“Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyi Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsini qətiyyətlə pisləyir. Biz bu təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsi ilə bağlı Sizin fikirlərinizi tam dəstəkləyirik.
“Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyi dünya ictimaiyyətindən Ermənistanı hərbi təxribatlara son qoymağa və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əməl etməyə çağırmasını tələb edir.
Cənab Prezident, Sizin rəhbərliyinizlə cavab tədbirləri görüldü və Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını da yüksək peşəkarlıqla aldı.
“Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyi şəhid olmuş hərbi qulluqçuların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir. Sizin dediyiniz kimi, şəhidlərimizin qanı yerdə qalmadı.
Hər birimiz torpaqlarımızın bütövlüyü uğrunda hər an canımızdan keçməyə hazırıq.
Dərin hörmətlə,
Tatyana Kərimova
“Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.