Aysel Həsənovadan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
15 sentyabr 2022, 10:52
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Şanlı Qələbəmizi həzm edə bilməyən mənfur düşmənin ötən gün respublikamızın ərazi bütövlüyünə yönələn xaincəsinə hücumuna müzəffər ordumuz layiqli cavab vermiş, təxribatın qarşısını almışdır. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir, yaralılara tezliklə şəfa diləyirik. Cənab Prezident, xalqımızın birlik, mərdlik rəmzinə çevrilmiş “Dəmir yumruq”la ordumuz düşmənə öz yerini bir daha göstərdi. Biz Sizə inanırıq və Sizi dəstəkləyirik.
Bu gün dünyada cərəyan edən geosiyasi dəyişikliklərin Sizin uzaqgörən və qətiyyətli siyasətiniz sayəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyünə xələl gətirməyəcəyinə əminik.
Allah Sizi qorusun.
Hörmətlə,
Həsənova Aysel Taryel qızı
Azərbaycan Respublikası, Bakı şəhəri.