Arzu Rəhimovadan, Ağdam, Azərbaycan
06 sentyabr 2012, 10:05
Hörmətli cənab Prezident!
Azərbaycanın vətənpərvər, cəsur və qeyrətli oğlu Ramil Səfərovu qürbət ölkədə ədalətsiz cəzadan azad edərək doğma Vətənə gətirməklə təkcə onun yaxınlarına və doğmalarına deyil, bütün xalqımıza sevinc, rahatlıq bəxş etdiniz. Qeyri-insani əməli ilə Azərbaycanın dövlət rəmzini təhqir edən erməni zabitini öldürən Ramil Səfərovun yeri təkcə Vətən deyil, hər bir azərbaycanlı ananın ürəyidir.
Siz Vətənin belə bir qeyrətli oğlunu doğma Azərbaycana gətirməklə milyonlarla ananın yanan ürəyinə su səpdiniz, onların dualarını qazandınız. Ona görə də, bütün Ağdamlı analar adından Sizə dərin minnətdarlığımı bildirir, gücünüzü və qüdrətinizi alqışlayır, Ulu Tanrıdan Sizə cansağlığı və işlərinizdə uğurlar diləyirəm.
Hörmətlə,
Arzu Rəhimova,
Ağdam Qadınlar Şurasının kollektivi.
Azərbaycan Respublikası Ağdam rayonu.