logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Röyal Abuşovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

14 sentyabr 2022, 15:19

Hörmətli cənab Prezident.

Sizin müharibə əlillərinə, veteranlarına və şəhid ailələrinə olan diqqət və qayğınız əvəzsizdir. Mən də Vətən müharibəsi iştirakçısı olaraq bunu hər zaman görür, hiss edirəm.

Vətən üçün göstərdiyim xidmətə görə məni “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm.

Sizin sayənizdə torpaqlarımız düşməndən azad olundu. Sizinlə fəxr edirik. Sizin – Ali Baş Komandanın göstəriş və tapşırıqlarını yerinə yetirmiş bir döyüşçü olaraq fəxr edirəm.

Yurdumuzun bu çətin günündə hər zaman Sizi dəstəkləyirik.

Hörmətlə,

Abuşov Röyal Əli oğlu

Vətən müharibəsi iştirakçısı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi