Natavan Musayevadan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
09 sentyabr 2022, 17:40
Hörmətli cənab Prezident.
Ölkəmiz və xalqımız üçün gördüyünüz bütün işlərə görə Sizə dərindən təşəkkür edirəm.
Sizin tapşırıq və tövsiyələrinizə uyğun olaraq, yerlərdə aidiyyəti qurumların nümayəndələri vətəndaşlarla əlaqələri daha da sıxlaşdırmışlar. Bu amil sözsüz ki, vətəndaşları razı salır. Bir müddət əziyyətini çəkdiyim problemim bu günlərdə öz həllini tapdı.
Cənab Prezident, Sizin tapşırıqlarınız, məqsədyönlü işləriniz xalqımızın firavan yaşayışının təmin olunmasına xidmət edir. Biz bütün bunları yüksək qiymətləndirir və daim Sizə minnətdarlıq hissi duyuruq. Azərbaycanın daha da güclənməsi və qüdrətlənməsi yolunda Ulu Tanrı hər zaman köməyiniz olsun.
Hörmətlə,
Natavan Musayeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.