Təranə Mirzəyevadan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
07 sentyabr 2022, 18:37
Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycanın milli maraqlarını uğurla müdafiə edən, xalqını və dövlətini sevən cənab Prezident.
Siz öz geniş fəaliyyətiniz ilə ölkəmizin nüfuzunu beynəlxalq aləmdə yüksəklərə qaldırmısınız. Sizə ünvanladığım məktubla əlaqədar görülən işlərin gedişatında bunun bir daha şahidi oldum.
Oğlumun işlədiyi “Xelo” gəmisi Tunisin Qabes şəhəri yaxınlığında qəzaya uğramış, oğlum da daxil olmaqla gəmi heyətinin üzvləri həbs edilmişdilər. Mənim müraciətimə biganə qalmadığınıza, günahsız oğlumun azadlığa buraxılması və Azərbaycana qaytarılması ilə əlaqədar müvafiq işlərin görülməsi üçün kömək göstərildiyinə görə Sizə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, bu işdə əmək sərf edən hər bir insana, bir ana olaraq dərin minnətdarlığımı bildirirəm.
Oğlum Azərbaycana qaytarıldı və hazırda mənim yanımdadır. Sizə nə qədər təşəkkür etsəm azdır, cənab Prezident.
Allah Sizi qorusun.
Hörmətlə,
Mirzəyeva Təranə Əbülfəz qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.