Elvin Sadıqzadədən, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
07 sentyabr 2022, 15:42
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Mən 44 günlük Vətən müharibəsində iştirak edərək Sizin tərəfinizdən bir sıra medallarla təltif olunmuşam. Hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçusu olaraq Laçın rayonunda “N” saylı hərbi hissədə xidmət edirəm.
Cənab Prezident, Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə xalqımızın birliyini, dövlətimizin qüdrətini, Sizin güclü siyasi iradənizi göstərdi. Zəfər tariximizdə mənim də payımın olması mənə bir ömürlük xoşbəxtlik hissləri bəxş edib.
Qarabağımızda aparılan surətli bərpaetmə, möhtəşəm quruculuq işləri bütün dünyaya dövlətimizin iqtisadi gücünü göstərməkdədir.
Cənab Prezident, Sizə dərin təşəkkürümü bildirir, ölkəmizin daha da parlaq gələcəyi naminə atdığınız addımlarda yeni-yeni uğurlar arzulayıram.
Ulu Tanrı Sizə yar olsun!
Hörmətlə,
Sadıqzadə Elvin Elman oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.