Xoşqədəm Abdullayevadan, Füzuli, Azərbaycan


03 sentyabr 2022, 15:51
Hörmətli cənab Prezident.
Sizin bütün sahələrdə apardığınız uğurlu islahatlar ölkəmizin inkişafına öz müsbət təsirini göstərməkdədir. Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar da öz nəticələrini verir. Mən bu yaxınlarda bunun bir daha şahidi oldum.
Bir müddət idi ki, aldığımız ev üzərində mülkiyyət hüququmuz pozulmuşdu. Hüquq mühafizə və məhkəmə orqanları tərəfindən görülən tədbirlər nəticəsində hüquqlarımız bərpa edildi və ailəmizə hədsiz sevinc bəxş olundu.
Müzəffər Ali Baş Komandan, göstərilən köməyə, diqqət və qayğıya görə ailəmiz adından Sizə təşəkkürümü bildirir, uzun ömür, cansağlığı, ölkəmizin inkişafı, xalqımızın xoşbəxtliyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Xoşqədəm Abdullayeva
Azərbaycan Respublikası, Füzuli rayonu, Böyük Bəhmənli kəndi.