Qaroğlan Mustafayevdən, Zərdab, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
02 sentyabr 2022, 15:34
Hörmətli cənab Prezident.
Hazırda işğaldan azad edilmiş ərazilərdə sürətli quruculuq işlərinin görüldüyünün şahidiyik. Doğma Qarabağımızda və düşmən tapdağından xilas olunmuş digər yerlərdə insanların yaşayışı üçün mühüm tədbirlər həyata keçirilir. Artıq Zəngilan rayonunun Ağalı kəndi hazır vəziyyətə gətirilərək sakinlərin ixtiyarına verilmişdir.
Həmçinin, qeyd etmək istəyirəm ki, şəhid ailələrinə və müharibə əlillərinə, onların müraciətlərinə həssaslıqla yanaşılır, bu zümrədən olan vətəndaşlara qayğı göstərilir. Bu yaxınlarda üzləşdiyim problemlə əlaqədar müraciətimə baxıldı və məsələ öz həllini tapdı.
Cənab Prezident, ölkə əhalisinin xoş güzəranı üçün gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzu edirəm. Həyatınız daim firavan olsun.
Hörmətlə,
Qaroğlan Mustafayev
Azərbaycan Respublikası, Zərdab rayonu, Alıcanlı kəndi