logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Slovakiya Respublikasının Prezidenti Zati-aliləri xanım Zuzana Çaputovaya

Text size icon-size icon-size

01 sentyabr 2022, 10:43

Hörmətli xanım Prezident,

Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

İnanıram ki, Azərbaycan-Slovakiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim rifah və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 avqust 2022-ci il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi