Müşfiq Məmmədlidən, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
01 sentyabr 2022, 12:46
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Sizə Vətənimizin ərazi bütövlüyü uğrunda yorulmadan göstərdiyiniz fədakar fəaliyyətinizdə yeni uğurlar arzulayır, vətəndaş olaraq Sizə dərin təşəkkürümü bildirirəm. Doğma Qarabağımızı millətimizə bəxş etdiyinizə görə Sizə sonsuz minnətdaram.
Möhtərəm cənab Prezident, əlbəttə ki, əslən laçınlı olaraq sevincimizin həddi-hüdudu yoxdur. Uşaqlıq və gənclik illərimizin xoş xatirələrini özündə yaşadan Laçının dövlətimizin tam nəzarətinə keçməsi xoşbəxtliyini Siz bizə yaşatdınız. Dədə-baba torpaqlarımızı öz həqiqi sahiblərinə qaytardığınız üçün Sizə sonsuz minnətdarıq.
Cənab Prezident, eyni zamanda, böyük iftixar hissi ilə qeyd etmək istəyirəm ki, Laçın sakinlərinin öz yurdlarına köçürülməsi prosesində fəal iştirak etməyə, bu yöndə əməli fəaliyyətimlə dəstək verməyə, Sizin tapşırıqlarınızı həyata keçirməyə böyük ruh yüksəkliyi ilə hazıram.
Cənab Prezident, Uca Allahdan Sizə və ailənizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Tanrı Sizi qorusun.
Hörmətlə,
Müşfiq Məmmədli
Milli Məclisin deputatı
Azərbaycan Respublikası, Bakı şəhəri.