Səmayə Babayevadan, Naftalan, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
01 sentyabr 2022, 17:11
Möhtərəm cənab Prezident.
Bu gün bütün Azərbaycan xalqı Sizin komandanlığınız altında gerçəkləşən tarixi Zəfərin qürurunu yaşayır.
Siz bütün xalqımız, o cümlədən bizim ailə üçün çox dəyərli və qiymətlisiniz. Sizin Prezident olduğunuz ölkədə yaşamaqdan qürur duyur, Sizinlə fəxr edirik.
Müzəffər Ali Baş Komandanımız, çətin günlərdə həmişə xalqın yanında olduğunuza, xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan, ailəmin adından, 44 günlük Vətən müharibəsində erməni barbarları tərəfindən evləri dağılan mülki vətəndaşlar, o cümlədən naftalanlılar adından Sizə dərin minnətdarlığımı bildirirəm.
2020-ci il oktyabrın 1-də mənfur düşmənin top mərmisi atması nəticəsində dağılmış evim Sizin diqqət və qayğınızın nəticəsi olaraq yenidən bərpa olundu. Sizin tapşırığınız əsasında evimə lazım olan əşya və avadanlıq, mebellər alındı. Bu tək mənə deyil, müharibə dövründə zərərçəkmiş xalqımızın hər bir nümayəndəsinə göstərdiyiniz diqqətin nümunəsidir.
Bir ana olaraq, Sizə hər zaman duaçıyam. Uca Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin.
Dərin hörmət və ehtiramla,
Babayeva Səmayə Qarakişi qızı
Azərbaycan Respublikası, Naftalan şəhəri.