Şahbaz Muradov və başqalarından, Laçın, Azərbaycan


31 avqust 2022, 14:47
Hörmətli cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə dövlətimizin bütün sahələrdə uğurlu inkişafı, ərazi bütövlüyümüzün bərpası uğrunda aparılan 44 günlük haqq-ədalət müharibəsində qazanılan şanlı Qələbə bütün vətəndaşlarımızda böyük iftixar hissi yaradıb.
Hörmətli Prezident, Laçın rayonunun azad olunması üçün ortaya qoyduğunuz qətiyyətli mövqe bütün xalqımız kimi bizi də çox qürurlandırdı.
Bu il avqustun 26-da Siz öz tviter hesabınız vasitəsilə Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyü xəbərini xalqımıza çatdırdınız. Bu gün bütün xalqımız kimi biz laçınlı ziyalıların da sevincinin həddi-hüdudu yoxdur. Avqustun 26-sı biz laçınlılar üçün daha əlamətdar bir tarixə çevrildi. Bu sevinci bizə yaşatdığınıza görə Sizə sonsuz minnətdarlığımızı bildirir, ölkəmizin gözəl gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Laçın rayonunun 26 nəfər ziyalısı adından:
Muradov Şahbaz,
Məmmədov Knyaz,
Qarayev Mustafa,
Qasımov Şikar və başqaları.
Azərbaycan Respublikası, Laçın rayonu.