logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tural Vəlizadədən, Laçın, Azərbaycan

Text size icon-size icon-size

30 avqust 2022, 18:01

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Doğulduğum Laçın şəhərini işğaldan azad edərək orada şanlı bayrağımızın dalğalanmasını təmin etdiyinizə görə Zati-alinizə dərin təşəkkürümü bildirirəm.

Sizin uzaqgörən siyasətiniz sayəsində 44 günlük Vətən müharibəsindən xalqımız başıuca, alnıağ çıxdı və məğlub xalq ləkəsi üzərimizdən götürüldü.

Qarabağımızda həyata keçirilən bərpa-yenidənqurma işləri ölkəmizin həm iqtisadi, həm də siyasi gücünü göstərir. Bütün bunlar, cənab Prezident, Sizin siyasi iradəniz sayəsində mümkün olub.

Sizin əmrinizlə torpaqlarımızın azadlığı uğrunda bu müqəddəs savaşa qoşulan şəhidlərə Allahdan rəhmət diləyir, qazilərə cansağlığı arzulayıram.

Uca Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Vəlizadə Tural Akif oğlu

Azərbaycan Respublikası, Laçın rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi