Davud Mehrabovdan, Bakı, Azərbaycan
Text size


30 avqust 2022, 13:40
Əziz İlham baba.
Mən böyüyəndə dünyada məşhur rəssam olmaq istəyirəm. Ölkəmizin bütün uğurlarını tablolara çəkmək istəyirəm ki, bütün dünya və gələcək nəsillər Azərbaycanımızı daha yaxşı tanısın.
Hazırda mən Vətən müharibəsinin şəkillərini çəkirəm. Anam və atam deyir ki, ən çətin iş torpaqlarımızı almaq idi. Onu da Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgərlərimiz bacardı.
Qəhrəman İlham baba, Sizi çox sevirəm. Yaxşı ki, bizim Prezidentimizsiniz.
Hörmətlə,
Mehrabov Davud İlqar oğlu, şagird.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.